aşağı tərəf

ру нижняя сторона en lower side; bottom side de Unterseite fr dessous es lado inferior it lato
aşağı temperatur sistemi
aşqar
OBASTAN VİKİ
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçüncü tərəf proqramları
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aşağı Yaycı
Aşağı Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1928-ci ildə keçmiş Yəyci (indiki Yuxarı Yəyci) kəndindən çıxmış bir qrup ailə salmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponenti isə türk mənşəli yaycı tayfasının adını əks eldirir. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisi 1599 nəfərdir.
Aşağı Yağlıvənd
Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. == Tarixi == Araz Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yağləvənd
Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. == Tarixi == Araz Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yemişcan
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd dəğətəyi ərazidə yerləşir.
Aşağı Yeməzli
Aşağı Yeməzli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Aşağı Yeməzli kəndi dəğətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.
Aşağı Zağalı
Aşağı Zağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Zağalı (sonra Böyük Zağalı) kəndindən XIX əsrin əvvəllərində yaranmış məntəqədir. == Tarixi == Rayon mərkəzindən 9 km qərbdə, Göyçə gölünün cənub-şərq sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Basarkeçər rayonunda XIX əsrdə yalnız Zağalı kəndi olmuşdur Zağalı kəndinin sakinləri isə yalnız azərbaycanlılar olmuşlar. == Toponimi == Toponim Azərbaycan dilində "mağara", "kaha" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin artırılması əsasında yaranmışdır. Kənd dağlıq ərazidə, zağa olan yerdə salındığı üçün Zağalı adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Aşağı fərqləndirici əlamət bildirən sözdür. Quruluşca mürəkkəb toponimdir.
Aşağı Zeyid
Aşağı Zeyid (əvvəlki adı: Aşağı Zeyd) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyd kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeyd kəndi Aşağı Zeyid kəndi, Aşağı Zeyd kənd inzibati ərazi dairəsi Aşağı Zeyid kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən və Xaçmaz dəmiryolu stansiyasından 14 km cənubda, Bakı-Moskva dəmiryolundan 10 km aralı, Qaraçayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisi 1750 nəfərdir (2023).
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Aşağı Zeyvə
Kiçik Zeyvə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir. == Tarixi == Kiçik Zeyvə rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi, Tatar Zeyvəsi olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən kiçik sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Aşağı Zurnabad
Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Burada 1929-cu ildə Azərbaycanda ilk SES-lərdən olan Zurnabad su-elektrik stansiyası tikilmişdir. Su-elektrik stansiyası tikilərkən onun yanında qəsəbə salınmışdır. Qəsəbə Zurnabaddan Aşağıda yerləşdiyi üçün 1966-cı ildən belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Gəncə çayının sol sahilində, Murovdağ silsiləsinin ətəyindədir.
Aşağı Zərnav
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Aşağı Zərnava
Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.
Aşağı bazar
Aşağı bazar küçəsi – Şuşanın tarixi mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan Meydan formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan Aşağı bazar küçəsi Aşağı meydan və Meydanı birləşdirir. == Tarixi == Şuşa şəhərinin inkişafının ən erkən dövrlərindən etibarən Qarabağ xanlığının paytaxt sakinləri qaladan kənarla geniş ticarət əlaqələri yaratmışdılar. Şəhərin aşağı hissəsində karvansaraların olması artıq həmin dövrlərdə kənardan şəhərə ticarət məqsədilə gələnlərin olmasından xəbər verir. Lakin, Pənahəli xanın dövründə Şuşa ticari əhəmiyyətdən daha çox müdafiə xarakterli qala-şəhər kimi nəzərdə tutulduğuna görə, şəhərdə ticarətin inkişafına bir o qədər də əhəmiyyət verilmirdi. E. Avalov qeyd edir ki, Şuşanın ticarət mərkəzinin tarixi qeyd edilməmiş baş planda əks etdirilmiş memarlıq-planlaşdırma kompozisiyası da həmin dövrdə ticarətin səviyyəsini əks etdirir. Buna görə də kiçik həcmli ticari əlaqələr mühitində Aşağı bazar kimi kiçik ticarət küçəsi yetərli idi. == Xüsusiyyətləri == Aşağı bazar küçəsi XIX əsrin I yarısına kimi Şuşanın əsas kompozisiya-planlaşdırma strukturunun mərkəzində məhz bu küçə dayanırdı. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi.
Aşağı daşma
Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210–38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur. Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Aşağı hədd
Aşağı meydan
Aşağı meydan və ya Torpaq meydanı— Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa qalasının aşağı hissəsində yerləşir. == Tarixi == Aşağı meydan adı Meydanın yerləşdiyi ərazi ilə müqayisədə Aşağı meydanın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. Aşağı meydan xalq arasında həm də Torpaq meydanı adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında Aşağı meydanın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar diqqət çəkir. Həmin binaların heç biri dövrümüzə çatmamışır. Planda heç bir izah və şərh verilmədiyinə görə həmin binaların hansı funksiyanı yerinə yetirməsi naməlumdur. Qarabağ tarixçisi Baharlının məlumatına görə, Aşağı meydanda Qazı Mirzə Əli hamamı yerləşirdi. == Xüsusiyyətləri == Aşağı meydan düz Aşağı məhəllənin ortasında yerləşir.
Aşağı məhəllə
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır. Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Aşağı Manhetten
Aşağı Manhetten (ing. Lower Manhattan, Downtown Manhattan), həmçinin Aşağı Nyu-York (ing. Downtown New York) kimi də tanınır — Manhettenin ən cənub hissəsi. Ərazi 2010-2020-ci illərdə Nyu-Yorkun ən sürətlə inkişaf edən yeri olmuşdur.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).